Fariz Yusifov hakimlikdən gedir? - AÇIQLAMA

11:15 9 May 2017

Ölkə kubokunun finalındakı idarəçiliyi ilə bir daha diqqət mərkəzinə düşən Fariz Yusifov üçün bu mövsüm uğurlu alındı.

 

Sportarena.az xəbər verir ki, qışda hakimlərin Antalyadakı toplanışında iştirak etməyən Fariz bəy gərgin anda ağır yükün altından çıxmağı bacardı. Qəbələdə keçirilən "Qəbələ" - "Qarabağ" qarşılaşmasını qüsursuz idarə edən təcrübəli hakimin bu iki komandanın Respublika stadionundakı oyununda da söz sahibi oldu. Hər iki oyundakı idarəçilik problemsiz olduğundan final qarşılaşmasına da Fariz Yusifovun təyinat alacağı gözlənilən idi.
 

45 yaşlı referi artıq karyerasını da bitirməyi düşünür. Bu barədə Yusifov "Futbol+"ə verdiyi açıqlamada bildirib:
 

"Bəli, bu mənim sonuncu finalım idi. Artıq karyeramı bitirmək haqqında düşünürəm. Çox güman, gələn mövsüm yaşıl meydanlarda görünməyəcəyəm".
 


Xəbər xətti