Hollandiya millisinin yeni baş məşqçisinin adı açıqlandı

14:21 9 May 2017

Hollandiya millisinin yeni baş məşqçisinin kim olacağına rəsmən aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, gözlənildiyi kimi, “narıncılar”ın baş məşqçi postu hazırda “Fənərbaxça”nı çalışdıran Dik Advokata tapşırılıb. Bu barədə məlumatı Hollandiya Futbol Federasiyası yayıb.

 

69 yaşlı mütəxəssislə 2017-ci ilin noyabr ayına qədər müqavilə imzalanıb. Komanda DÇ-2018-in final mərhələsinə vəsiqə qazansa, onunla müqavilənin müddəti artırılacaq. Advokatın köməkçisi isə Ruud Qullit olacaq.
 

Qeyd edək ki, Hollandiya millisi DÇ-2018-in seçmə mərhələsində A qrupunda mübarizə aparır və 5 turdan sonra 7 xalla 6 komanda arasında 4-cüdü.


Digər xəbərlər

Xəbər xətti