Azərbaycanlı hakim İslamiadaya təyinat aldı

16:26 9 May 2017

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, “Bakı Kristal Zal”ında baş tutacaq döyüşlərə 27 ədalət təmsilçisi təyinat alıb.

 

Bu siyahıda azərbaycanlı referi də var. Mayın 12-18-də keçiriləcək kişi boksçuların mübarizəsi zamanı Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq.


Xəbər xətti