Koutinyo "Barselona"da çıxış etməyə razılıq verdi, maşınına hücum etdilər - FOTO

14:31 10 May 2017

“Liverpul”un futbolçusu Filipe Koutinyonun adı İspaniya nəhəngi “Barselona” ilə hallanmaqda davam edir.

 

Sportarena.az xəbər verir ki, iki klub bu transferdə 90 milyon avro qarşılığında razılıq əldə ediblər. Bu haqda İspaniya mətbuatı məlumat yayıb. Futbolçunun özü də "Barsa"da çıxış etməyə razıdı. Keçidin iyunda açıqalanacağı gözlənilir.

 

Bu xəbər "Liverpul"un azarkeşlərini hiddətləndirib. "Qırmızılar"ın qəzəbli fanatları futbolçunun dayanacaqda saxladığı maşınını daşa basılıblar.  Nəticədə 24 yaşlı futbolçunun “Porşe" markalı avtomobilinin qabaq hissəsi əzilib, yan şüşəsi qırılıb.

 


Digər xəbərlər

Xəbər xətti