"Azərbaycanda futbolçunu buna görə cəzalandırmırlar" - "İnter"in keçmiş futbolçusu

15:54 10 May 2017

AZAL və "İnter" klublarının sabiq futbolçusu Enyo Krastovçev Azərbaycandakı karyerasından danışıb. 

 

Sportarena.az xəbər verir ki, bolqarıstanlı futbolçu yerli mətbuata verdiyi müsahibədə bildirib ki, AZAL-a formada olmadığı dönəmdə keçib:

 

“Levski”ni tərk etdikdən sonra 6 ay futbolsuz qaldım, çəkim artdı. Formadan çox düşmüşdüm. AZAL-a yaxşı vaxtımda qoşulmadım. 2 dəfə məşq edəndən sonra ayağımda ağrılar hiss etdim. Amma onlar mənimlə müqavilə imzaladılar. Çünki yoxlama matçında “Volın”a qol vurmuşdum. AZAL-da digər bolqar futbolçu – Robert Petrovla çıxış edirdim”.

 

Krastovçev “İnter”ə keçidindən də danışıb:

 

“AZAL-dan sonra “İnter”lə müqavilə imzaladım. Orada daha çox əmək haqqı alırdım. Orada Petar Zlatinov da çıxış edirdi. “İnter”də maaşlar əla idi. Azərbaycan çempionatı yeganə turnirdir ki, klub rəhbərləri, məşqçilər və agentlər içmək və rejim qaydasına əməl etməməyi problem hesab etmirlər. Onlar buna görə futbolçunu cərimələndirmir və cəzalandırmırlar”.

 

Enyo Krastovçev 2010/11 mövsümünün ikinci yarısında AZAL-da, 2011/12 mövsümündə isə “İnter”də çıxış edib. Futbolçu paytaxt klublarında ümumilikdə 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti