Millimiz ərəblərə qalib gəldi - YENİLƏNİB

21:32 11 May 2017

Bu gün İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında ikinci turun görüşləri keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İslam Həmrəyliyi Oyunlarında bu gün Səudiyyə Ərəbistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. Bayıl stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

İlk oyunda Kamerun millisiylə qarşılaşan yığmamız qolsuz heç-heçə edib. 
 

 

İslam Həmrəylik Oyunları: Futbol, A qrupu. 2-ci tur. 

11 may

12:30 Kamerun - Mərakeş 1:1

18:30 Azərbaycan - Səudiyyə Ərəbistanı 2:0

Qollar: Elşən Abdullayev, 67, Ağabala Ramazanov, 80


Digər xəbərlər

Xəbər xətti