AAAF Parkda “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının çalarları əks olunur

18:10 11 May 2017

IV İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi Bakımızı dünyanın müasir və dinamik məkanına çevirib.

 

21 idman növü üzrə 57 ölkədən 6000-ə yaxın idmançını bir araya gətirən möhtəşəm idman bayramı AAAF Park Yaşayış Kompleksində də hiss olunur. İdmanla sadə həyatın ideal sintezi olan AAAF Parkın ərazisində “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarını əks etdirən atributlar və loqolar vurulub.  Bütün Park boyu İslam Həmrəyliyi Oyunlarının abu-havasını hiss etmək, bu idman bayramının nəfəsini duymaq mümkündür.

 

Mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan ağır atletika yığma komandasının 16 idmançısının da iştirak edəcəyi “Bakı-2017” İslam Həmrəliyi Oyunlarında bütün idmançılarımıza uğur diləyirik!

 

 


Digər xəbərlər

Xəbər xətti