AZAL fəəliyyətini bərpa etdi - Başqa adla oynayacaq

11:30 12 May 2017

AZAL Peşəkar Futbol klubu fəaliyyətini bərpa edib.

 

Sportarena.az xəbər verir ki, bu gün klubun bununla bağlı yaydığı bəyanatında bildirilir:

 

“AZAL Peşəkar Futbol Klubu”nun ləğv edilməsi ilə bağlı 2017-ci il 3 may tarixli bəyanat, klub azarkeşlərinin, “fan klub” üzvlərinin, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olub və bununla bağlı çoxsaylı müraciətlər edilib.

 

Bu müraciətlərə baxıldıqdan sonra, sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılmış, keçmiş klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq, yeni mövsümdən “AZAL” futbol klubunun məhz qəsəbənin adını daşıyan “Şüvəlan Futbol Klubu” adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb. “Şüvəlan Futbol Klubu” yeni mövsümdə I Divizionda təmsil olunacaq. 

 

Yeni klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdir. İnanırıq ki, bu qərarın əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək".


Digər xəbərlər

Xəbər xətti