“Bursaspor” lisenziya ala bilmədi - Millimizin üzvünə görə

12:54 12 May 2017

Türkiyənin “Bursaspor” klubu UEFA lisenziyasını ala bilməyib.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Bursa təmsilçisinin üç futbolçusunun - Bakaye Traore, Tomaş Necid və Azərbaycan millisinin üzvü Dəniz Yılmazın şikayətləridi. Bursa klubunun futbolçulara borcu lisenziyanın alınmamasına səbəb olub.

 

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Dəniz Yılmaz maaşını ala bilmədiyi üçün "Bursaspor"u FİFA-ya şikayət etməklə hədələyib.


Xəbər xətti