Gənc boksçumuzdan qızıl medal

18:35 12 May 2017

Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub.
 
Sportarena.az xəbər verir ki, 7 ölkədən 160-a yaxın dəri əlcək ustasının qatıldığı yarışda "Neftçi İdman Klubu”nun gənc boksçusu Orxan Həsənov uğurlu nəticəyə imza atıb.
 
Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün döyüşləri qələbə ilə başa vuraraq beynəlxalq turnirin qalibi adını qazanıb.


Digər xəbərlər

Xəbər xətti