Gülçin Əlizadə: "Qazandığım nəticə də pis olmadı" - AÇIQLAMA

21:28 13 May 2017

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarının ilk günü geridə qaldı.

 

Sportarena.az xəbər verir ki, yarışda çəkisi 53 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Səbinə Əzimova ilə yanaşı Gülçin Əlizadə də təmsil edib. O, birdən qaldırma hərəkətində 70 kq-ı ram edib. Gülçin təkanla qaldırma hərəkətində 86 kq-ı başı üzərinə qaldırıb. Toplam 156 kq (70+86) nəticə göstərən Əlizadə bu çəki dərəcəsində 4-cü yeri tutub.

 

O, yarış başa çatan kimi fikirlərini AAAF TV kameralarına danışıb:

 

“Çıxışım xoşuma gəldi və qazandığım nəticə də pis olmadı. Ən güclü rəqiblərim İndoneziya və Türkiyə idmançıları oldu. Hər kəsə təşəkkür edirəm və əziyyətimi çəkən məşqçilərimə də minnətdarlığımı bildirirəm”.

 

 


Xəbər xətti