Nazarovun komandasına 1 xal lazımdı - Bundesliqada qalmağa

10:26 15 May 2017

Almaniya II Bundesliqasında 33-cü turun oyunları keçirilib.


Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” doğma meydanda “Kayzerslautern”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü bu oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

 

"Aue" qələbə sayəsində II Bundesliqada qalmaq uğrunda mübarizədə böyük addım atıb. 39 xalla 13-cü pillədə qərarlaşan komanda son turda "Fortuna"ya uduzmasa, II Bundesliqada qalacaq. 


Digər xəbərlər

Xəbər xətti