Budaq Nəsirov rəqibə penalti qazandırdı - Meydanda olmasa belə - VİDEO

12:43 15 May 2017

Millimizin üzvü, Portuqaliyanın “Sportinq” klubunun əvəzedici komandasında çıxış edən Budaq Nəsirov qeyri-adi hərəkətiylə gündəmə gəlib.

 

Sportarena.az xəbər verir ki, Nəsirov rəqib komandaya penalti qazandırıb. Məsələ burasındadı ki, Nəsirov bunu meydandan kənarda olduğu vaxt edib. Belə ki, 41-ci tur çərçivəsində “Akademika” ilə evdə keçirilən oyunda isinmə hərəkətləri edən Budaq, kənardan rəqibin hücumu zamanı topa müdaxilə edib. Nəticədə, oyunun baş hakimi “Sportinq”in qapısına penalti təyin edib, Nəsirov isə sarı vərəqəylə cəzalandırılıb.

 

Budaq matçın 75-ci dəqiqəsində meydana daxil olub. Oyun qonaqların 2:1 hesablı qələbəsiylə nəticələnib.

 


Xəbər xətti