"Qarabağ"ın qol vurduğu stadionu sökürlər - VİDEO

13:58 16 May 2017

"Tottenhem"in ev oyunlarını keçirdiyi "The White Hart Lane" stadionunun söküntüsü başlanıb.
 
 
Sportarena.az xəbər verir ki, bu barədə BBC kanalı videogörüntülər yayımlayıb. Klub 1899-cu ildən ev oyunlarını "The White Hart Lane"da keçirib. Komanda üçün yeni arena 2018-ci ilin yayına qədər inşa olunacaq.
 
 
Qeyd edək ki, "Tottenhem" stadiondakı son oyununda Premyer Liqanın 37-ci turunda "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edib.
 
 
Əlavə edək ki, 2015-ci ildə "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Tottenhem"in qonağı olub. Sözügedən arenada keçirilən görüş 1:3 hesabı ilə London klubunun qələbəsi ilə nəticələnmişdi. Komandamızın heyətində Riçard Almeyda 7-ci dəqiqədə penaltidən hesabı açmışdı.
 
 


Xəbər xətti