Con Terri karyerasını bitirir? - AÇIQLAMA

18:05 16 May 2017

"Çelsi"nin müdafiəçisi Con Terri futbolçu karyerasını başa vura bilər.

 

Sportarena.az xəbər verir ki, mövsümün sonu müqaviləsi başa çatacağı üçün London klubundan ayrılacaq 36 yaşlı oyunçu təklif almayacağı təqdirdə, futbolçu karyerasını bitirəcək:

 

"Gələcəyimlə bağlı yekun qərar verməmişəm. Bütün seçimləri dəyərləndirirəm. Yaxşı təklif alsam, ailəmlə birlikdə müzakirə edcəm. Ancaq bazar günü futbolçu karyeramın son matçına da çıxa bilərəm".

 

Qeyd edək ki, 1998-ci ildən "Çelsi"də çıxış edən Terri bu həftəsonu "Sanderlend"lə matçda sonuncu dəfə London klubunun formasını geyinəcək.


Xəbər xətti