"Qalatasaray" "Valensiya"nın hücumçusunu hədəfə aldı

18:59 16 May 2017

"Qalatasaray" klubunun yeni hədəfi açıqlanıb. 
 
 
Sportarena.az xəbər verir ki,  İstanbul klubu "Valensiya"nın hücumçusu Alvaro Neqredo ilə maraqlanır. Bu barədə "Milliyet" məlumat yayıb. Hazırda icarə əsasında "Midlsbro"da çıxış edən ispaniyalı futbolçu mövsümün sonunda "yarasalar"ın düşərgəsinə dönəcək. Amma onun "Valensiya"nın əsas heyətində çıxış edəcəyi inandırıcı görünmür.
 
 
"Qalatasaray"ın ispan hücumçu üçün 3 milyon avrodan keçməyə hazır olduğu bildirilib. 


Xəbər xətti