Reynaldo "Neftçi"yə keçir? - ÖZƏL

15:39 17 May 2017

Son üç tur qalmış "Adanaspor"un Türkiyə Superliqasını tərk etdiyi barədə xəbər vermişdik. Bundan sonra Adana təmsilçisinin heyətində ciddi dəyişikliklər olacağı gözlənilir.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, qış transfer pəncərəsi zamanı "Qarabağ"dan bu kluba transfer edilən Reynaldo Silva da komandanın vəziyyətindən narazadı. Futbolçuya yaxın şəxslərdən birinin sözlərinə görə, braziliyalı forvard Türkiyə Birinci Liqasında oynamaqdansa, Azərbaycan Premyer Liqasında çıxış etməyi üstün tutur. "Sambaçı" menecerinə edilən təkliflərə görə belə düşünür.

 

Belə ki, artıq Reynaldo iki Premyer Liqa klubunun maraq dairəsinə düşüb. Onlardan birinin adını müəyyənləşdirə bilməsək də, ikinci klubun adı məlumdu. Söhbət növbəti mövsümdə iddialı olmağa çalışan "Neftçi"dən gedir. "Ağ-qaralar" braziliyalını icarə əsasında heyətinə qatmaq istəyir. Baş məşqçi Elxan Abdullayev də onun xidmətində maraqlıdır.

 

Hazırda Türkiyədə mövsümün davam etməsi klublar arasındakı danışıqları yubadır. "Adanaspor" Reynaldonu nə satmağa, nə də icarəyə verməyə tələsmir. Buna səbəb "Neftçi"dən fərqli olaraq "narıncılar"ın yeni mövsüm üçün planlarının bəlli olmamasıdı.


Digər xəbərlər

Xəbər xətti