"Qarabağ"da növbəti ayrılıq

11:50 18 May 2017

Son Azərbaycan çempionu və kubokun qalibi “Qarabağ” bir futbolçu ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar”ın qolkiperi Halit Oğuzhan klubdan ayrılıb. Bu barədə məlumatı türkiyəli futbolçu öz şəxsi sosial şəbəkə hesabında verib:
 

“Düz 4 il. Hələ 19 yaşımda gəlib, ailəmdən uzaq və pis günlər keçirdiyim, yaxşısı, pisi, bir çox insanı tanıdığım, mənə bir çox şey öyrədən, xəyalımdakı stadionları, komandaları yaxından tanımağımı reallaşdıran, işimdə mənə hər zaman dəstək verən və gözəl xatirələrlə dolu olan yerə vida zamanıdı. Qılıncın hər zaman iti olsun, “Qarabağ”.
 

Oğuzhan “Qarabağ”ın daha çox əvəzedici komandasında meydana çıxırdı.

 

"Qarabağ" daha öncə Boyan Şaranov, İlyas Səfərzadə və Vüqar Nadirovla da yolları ayırıb.


Digər xəbərlər

Xəbər xətti