Millimizin finaldakı rəqibi müəyyənləşdi

23:13 18 May 2017

IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışında Əlcəzairi məğlub edərək (2:0) finala yüksələn Azərbaycan millisinin rəqibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, U-23 yığmamız həlledici görüşdə Omanla qarşılaşacaq. Onlar buna Kamerunu penaltilər seriyasında məğlub etməklə nail olublar. Oyunun əsas və əlavə vaxtında qapılara qol vurulmadığından penaltilər seriyasına üz tutulub. "Lotoreya"dan Oman yığması qalib ayrılıb - 4:3.

 

Qeyd edək ki, mayın 21-də keçiriləcək final görüşü Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.


Xəbər xətti