"Yerimə Cerrard keçsin" - Klopp - AÇIQLAMA

16:48 19 May 2017

"Liverpul"un baş məşqçisi Yurgen  Klopp komandanın sabiq kapitanı Stiven Cerrard haqqında maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 49 yaşlı çalşdırıcı özündən sonra baş məşqçi vəzifəsinə Cerrardın gəlməsini istəyir:

 

"O, tarixin ən yaxşı futbolçularından biridir. Cerrardla tez-tez ünsiyyətdə oluruq. Söhbətlərimizin birində ona dedim ki, "Liverpul"dan qovulsam, mənim yerimə keç".

 

Qeyd edək ki, Cerrard yetirməsi olduğu "Liverpul"un U-18 komandasının baş məşqçisidir


Xəbər xətti