Ramil oynadı, "Jilina" 4 qolla qalib gəldi

01:09 20 May 2017

Slovakiya Fortuna Liqasında 32-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” səfərdə “Moravtse” ilə qarşılaşıb. Matç millimizin üzvünün komandasının 4:1 hesablı qələbəsiylə nəticələnib. Meydana start heyətində çıxan Şeydayev matçın 61-ci dəqiqəsində əvəzlənib.

 

Bir neçə tur öncə çempionluğunu rəsmiləşdirən “Jilina” bu qələbəylə xallarının sayını 70-ə çatdırıb.


Digər xəbərlər

Xəbər xətti