İspaniya Avropa çempionu oldu

10:56 20 May 2017

Xorvatiyada təşkil edilən U-17 Avropa çempionatı başa çatıb.

 

Sportarena.az xəbər verir ki, həlledici oyunda İspaniya və İngiltərə milliləri üz-üzə gəliblər. Varazdində keçirilən final oyunu 2:2 hesablı bərabərliklə nəticələnib. Oyunsonrası penaltilər seriyasında isə daha dəqiq oynayan (4:1) ispanlar qitə birinciliyini çempion kimi başa vurublar.

 

Bu, ispanların analoji turnirdə ümumilikdə 9-cu çempionluğudu. Pireney təmsilçisi çempionluğunun sayına görə liderdi.

 

Qeyd edək ki, ötən il Azərbaycanda təşkil edilən U-17 Avropa çempionatının qalibi finalda İspaniyanı məğlub edən Portuqaliya olmuşdu.


Xəbər xətti