Sportarena.az
23 Noyabr 2017

Qadın güləşçilərdən 4 qızıl - YENİLƏNİB

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, yarışların son günündə qadın güləşçilər xalça üzərinə çıxıblar. 8 çəki dərəcəsinin hər birində təmsil olunan yığmamız aktivinə növbəti medalları yazıb. Millimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. 

 

48kq çəki dərəcəsində ölkəmizi Mariya Stadnik təmsil edib. Cəmi 3 güləşçinin yarışdığı bu çəkidə qalibi dairəvi sistemlə mübarizə müəyyən edib. Mariya ilk olaraq əlcəzairli Keyra Yahyaui ilə qarşılaşıb və cəmi 30 saniyəyə rəqibini mebarizədən kənarlaşdırıb. İkinci görüşündə Evin Demirhanı məğlub edən Stadnik qızıl medala sahib çıxıb.

 

53 kq-da çıxış edənLeyla Qurbanova da cəmi 3 güləşçinin iştirak etdiyi yarışda çıxış edib. Bu idmançımız da qazandığı medalın əyarını dairəvi sistemlə müəyyənləşdirib. Təmsilçimiz əvvəlcə türkiyəli Burcu Kebiçə qalib gəlib. Ardınca isə Qazaxıstan təmsilçisi Aygül Nuralim məğlub edilib. Bununla da Leyla qızıl medalı boynundan asıb.

 

55 kq-dakı təmsilçimiz Natalya Sinişin 2 deyil, 3 rəqiblə mübarizə aparıb. Sinişin də ilk iki komanda yoladşı kimi dairəvi üsulla yarışıb. Natalyanın ilk rəqibi qazaxıstanlı Emma Tissina olub. İdmançımız tuşe ilə qələbə qazanıb. Ardınca Nigeriya təmsilçisi Odunoyu Adekuoroye ilə üz-üzə gələn güləşçimiz təcrübəli rəqibi qarşısında aciz qalıb. Üçüncü, sonuncu görüşündə Sinişin Bediha Günə qalib gəlib. Lakin, nigeriyalı güləşçinin hər üç görüşdə qələbə qazanması Natalyanın "gümüş"lə kifayətlənməsinə səbəb olub.

 

58 kq-da çıxış edən Alyona Kolesniki də oxşar mübarizə üsulu ilə yarışıb. O, zirvəyə yüksəlmək üçün digər iki rəqibini geridə qoymalıdır. Alyona ilk olaraq türkiyəli Dərya Bayhanla üz-üzə gəlib. O, təcrübəli rəqibinə qalib gəlməyi bacarıb. İkinci oyununda isə Alyona qırğız Aysulu Tinibekovaya uduzub. Bu isə güləşçimizin gümüş medal qazanması deməkdir.

 

60 kq-da çəmi üç idmançı arasında birinci olmaq üçün Tatyana Omelçenko da dairəvi sistemlə çıxış edib. O, ilk cəhdində kamerunlu Tiako Essombeni asanlıqla üstələyib. İkinci görüşündə Türkiyə güləşçisi Qamze Nur Adakanı məğlub edən Tatyana qızıl medal qazanıb.

 

63 kq çəkidə ölkəmizi təmsil edən Elmira Qəmbərova özündən əvvəlki komanda yoldaşlarından fərqli olaraq pley-off sistemində yarışıb. Güləşçimiz mübarizəyə yarımfinal mərhələsindən start verib. Onun ilk rəqibi Blessinq Oborududu (Nigeriya) olub. Təcrübəli rəqibinə uduzan Elmira "bürünc" uğrunda döyüşəcək. Budəfəki rəqib isə kamerunlu Etane Nqolle olub. 8:0 hesablı qələbə güləşçimizə bürünc medal qazandırıb.

 

69 kq-da çıxış edən Elis Manolova isə turnirə 1/4 finaldan start verib. O, kamerunlu Blandin Epanqa Metala ilə mübarizədən qalib ayrılmağı bacarıb. Yarımfinaldakı rəqib isə türkiyəli Buse Tosun olub. İdmançımız türk rəqibi ilə görüşdə 4:10 hesabı ilə geri düşsə də, sona saniyələr qalmış rəqibin kürəyini xalçaya sıxaraq təmiz qələbə ilə finala yüksəlib. "Qızıl" uğrunda təmsilçimiz qazaxıstanlı Jamila Bakbergenova ilə mübarizə aparıb. İdmançımız 6:0 öndə olduğu görüşdə rəqibin kürəyini xalçaya sıxaraq təmiz qələbə qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

 

75 kq-dakı təmsilçimiz Səbirə Əliyeva 5 güləşçinin yer aldığı dairəvi sistemdə hamıdan güclü olmağa çalışıb. Güləşçimiz ilk görüşünü qazaxıstanlı İrina Kazyulinaya qarşı keçirib. İdmançımız vaxtından əvvəl qələbə qazanıb. O, qrupdakı ikinci görüşündə misirli Hamza Samarla qarşılaşıb. Görüş rəqibin qalibiyyəti ilə başa çatıb. Üçüncü görüşdə Səbirənin rəqibi qırğız Aypəri Mədətqızı olub. Gərgin keçən mübarizənin qalibi təmsilçimiz olub. O, sona 20 saniyə qalmış rəqibini tuşe fəndi ilə yenib. Sonuncu görüşündə Yasemin Adara yenilən idmançımız gümüş medal qazanıb.

Tarix
21.05.17 [22:51]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Noyabr
22 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio