MY mətbuat konfransını ləğv etdi - Terrora görə

17:18 23 May 2017

"Mançester Yunayted" Avropa Liqasının finalında "Ayaks"la oyun öncəsi keçirməyi nəzərdə tutduğu mətbuat konfransını ləğv edib.

 

Sportarena.az xəbər verir ki, klubun bu addımı atmağına Mançesterdəki terror aktının səbəb olduğu ehtimal edilir.

 

Qeyd edək ki, ötən gün "Mançester Arena"da konsertdən sonra törədilən terror aktı zamanı 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.

Əlavə edək ki, "Ayaks" - "Mançester Yunayted" görüşü sabah keçiriləcək.


Xəbər xətti