Qurbanov və Qriqorçuk irəlilədi

17:57 23 May 2017

Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.


 
Ötən cədvəldə 456-cı pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 1 pillə irəliləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 455-ci yerdə qərarlaşıb. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə reytinqdə 2 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 648-cidir.

 

Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 17448 xal var. 2-ci yerdə 14498 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 14115 xalla 3-cüdür. 


Digər xəbərlər

Xəbər xətti