"Barselona" "Mançester Yunayted"in futbolçusuna görə hərəkətə keçdi

14:40 26 May 2017

"Atletik"dən ayrılan və "Barselona"nın baş məşqçisi olacağı deyilən Ernesto Valverdenin yeni komandasındakı ilk transferinin kimliyi açıqlanıb.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yeni baş məşqçinin rəhbərliyə təqdim etdiyi transfer siyahısında ilk futbolçu Ander Herreradır. "Barselona" artıq ispan yarımmüdafiəçinin transferi üçün hərəkətə keçib.

 

Qeyd edək ki, Ander Herrera 2014-cü ildə "Atletik"dən "Mançester Yunayted"ə 36 milyon avroya transfer olunub. O, ispan klubunda Ernesto Valverdenin rəhbərliyi altında oynayıb.


Digər xəbərlər

Xəbər xətti