Zabaletanın yeni klubu müəyyənləşdi - RƏSMİ

16:51 26 May 2017

Pablo Zabaletanın "Mançester Siti"dən ayrıldığını məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, argentinalı futbolçunun yeni klubu rəsmən açıqlanıb. O, karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 32 yaşlı müdafiəçi azad agent statusu ilə "Vest Hem"ə keçib. Zabaleta London klubu ilə iki illik müqavilə imzalayıb.

 


O, karyerası ərzində "Siti"dən başqa "San Lorenso" və "Espanyol" kimi klublarda forma geyinib.


Digər xəbərlər

Xəbər xətti