"İnter" "Dalğa Arena"dan imtina etdi - AÇIQLAMA

18:23 30 May 2017

"İnter"  Avropa Liqası üçün ev arenasını müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Rəmiş Malıyev "Report"a məlumat verib. Onun sözlərinə görə, "bankirlər" rəqiblərini "Bakcell Arena"da qəbul edəcəklər:

 

"Əvvəlcədən "Dalğa Arena"da oynamaq istəyirdik. Amma sonradan qərara aldıq ki, "Bakcell Arena" daha münasibdir. 8-ci km qəsəbəsindəki bu stadionu "Qəbələ" də sifariş edib. Amma düşünürəm ki, səfər və ev oyunları məsələsini UEFA tənzimləyəcək".

 

Qeyd edək ki, Avropa Liqasında Azərbaycanın daha bir təmsilçisi olan "Zirə" "Dalğa Arena"nı sifariş edib. "Qarabağ" isə Çempionlar Liqası qarşılaşmalarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.


Digər xəbərlər

Xəbər xətti