"Azərbaycanı məyus edəcək hücum xəttimiz var" - Mayk O`Nil - AÇIQLAMA

11:51 31 May 2017

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, O, millimizlə oyunöncəsi fikirlərini bildirib:


“Konor Vaşinqton, Ceymi Uord və Uil Qriqqin heyətdə olmaması bizi üzür. Kayl Lafferti Yeni Zelandiya ilə yoxlama görüşündə oynaya bilər. Amma o, hazırda rəqabətə dözümlü deyil. Üstəlik, “Norviç Siti”dən də ayrılıb. Şey Makkartan ilk dəfə yığmaya dəvət alıb. Hücum xəttində Liam Boysla Coş Magennisə şans verməyi planlaşdırırıq. İnanıram ki, ciddi itkilərə baxmayaraq, Azərbaycanı məyus edəcək hücum xəttimiz var. Hücumçularımız qol vurmağa qadirdi. Coş və Liama güvənirəm. Makkartana isə lazım olsa, şans veriləcək”.


Şimali İrlandiya iyunun 2-də Yeni Zelandiya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Azərbaycan - Şimali İrlandiya qarşılaşması isə iyunun 10-da Bakıda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti