Kasilyas İtaliyada oynamaq istəyir - AÇIQLAMA

21:14 31 May 2017

İyunun 30-da İker Kasilyasın “Portu”yla olan müqaviləsinin müddəti başa çatacaq.

 

Sportarena.az xəbər verir ki, o, Portuqaliya təmsilçisiylə yeni anlaşma imzalamaq niyətində deyil. Kasilyas artıq yeni macəra axtarışındadı. Təcrübəli əlcək sahibi İtaliya A seriyasında çıxış etməkdə maraqlıdır:

 

"Əminəm ki, A Seriyası əla variantdı. İtaliyada böyük klublar çoxdu və futbol bu ölkə üçün olduqca vacib idman növüdü. Karyeramı İtaliyada davam etdirmək istəyirəm. Canluici Buffona qarşı yenidən oynamaqdan zövq alaram”.

 

Qeyd edək ki, Kasilyas son mövsümdə Portuqaliya çempionatında 33 matça çıxıb və bunların 19-da qapısından top buraxmayıb.


Xəbər xətti