Millimiz 11 pillə irəlilədi

13:08 1 İyun 2017

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən ayla müqayisədə millimiz 11 pillə irəliləyib. Komadamız  439 xalla 76-cı yerdə qərarlaşıb.

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1511 xalla 3-cü,  Şimali İrlandiya 837 xalla 28-ci,  Çexiya 690 xalla 45-ci, Norveç 391 xalla 87-ci, San Marino isə 12 xalla 204-cü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, siyahıya 1715 xalla Braziliya millisi başçılıq edir. Argentina 1626 xalla ikincidir.


Xəbər xətti