"Atletiko" şokda - Transfer qadağa ləğv edilmədi

14:19 1 İyun 2017

"Atletiko" klubu yay transfer pəncərəsi zamanı heyətini yeni futbolçular qata bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, İspaniya təmsilçisinə FİFA tərəfindən verilən verilən transfer qadağası qüvvədə qalıb. Belə ki, madridlilər transfer qadağasının ləğvi üçün Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) müraciət etmişdi. Lakin CAS 2018-ci ilin yanvarına qədər verilən transfer qadağasının qüvvədə saxlanılmasını qərara alıb.

 

Qeyd edək ki, "Atletiko"nun cəzalandırılmasına səbəb 18 yaşı tamam olmamış legioner futbolçunun transferi zamanı qanun pozuntusuna yol verilməsidi.


Xəbər xətti