"Mançester Siti" qapıçı transfer etdi - 40 milyona

14:52 1 İyun 2017

"Benfika"nın qapıçısı Ederson Santana "Mançester Siti"yə keçib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Lissabon klubunun rəsmi saytı məlumat yayıb. Premyer Liqa klubu braziliyalı qapıçı üçün "Benfika"ya 40 milyon avro ödəyib. 23 yaşlı qolikiperlə 5 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Ederson 2015-ci ildən "Benfika"da çıxış edirdi.


Xəbər xətti