"Messi rəqibim deyil" - Ronaldo - AÇIQLAMA

15:50 1 İyun 2017

"Meydanda yaxşı futbolçular görməyi sevirəm və Lionel Messi də bunlardan biridi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Real"ın ulduzu Kriştiano Ronaldo deyib. "Barselona"dakı həmkarı ilə tez-tez müqayisə olunmasına etiraz edən portuqaliyalı yaşıl meydanlardakı ən böyük rəqibinə tərixi yağdırıb. Ronaldo "Fox Sports"a açıqlamasında Messi ilə rəqib yox, normal münasibətdə olduqlarını bildirib:

 

"Messini izləməkdən zövq alıram. Bütün böyük oyunçular kimi onu da meydanda görməyi sevirəm. Onunla yaxşı münasibətlərimiz var. Hər dəfə yan-yana gələndə söhbətləşirik. Messi ilə müqayisə edilməyimiz xoş hal deyil. Təbii ki, evinə gedib yemək yemirik. Dost deyilik, amma yaxşı münasibətdə olduğumuzu düşünürəm. Məncə o rəqibim deyil. Çünki aramızdakı müqayisə xoşuma gəlmir"


Digər xəbərlər

Xəbər xətti