"Sakit olmalıyıq" - Alleqri - AÇIQLAMA

13:50 3 İyun 2017

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının finalı çərçivəsində baş tutacaq "Real"la oyun öncəsi mətbuat konfrasında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, O, mövsümdə üçüncü titulu qazanmaq istədiklərini bildirib:

 

"Sakit oynayacağıq. Mövsüm ərzində finala çıxmaq üçün çalışdıq. "Real"la oyun çətin olacaq. Çünki onlar turnirin sonuncu qalibidirlər. Matç 90 və ya 120 dəqiqə davam edə bilər. 3-4 aydır ki, yeni taktiki sxem yoxlayırıq. Oyun gedişatına uyğun olaraq əvəzetmələr edəcəm".

 

A seriyasını, İtaliya kubokunu qazandıq. Bu, bizim üçün final öncəsi bir məşq oldu. Həlledici matçda udmalıyıq. Bunu bacara bilərik. Amma əsas sakit olmalıyıq.  Öz gücümüzə inanmalıyıq".


Digər xəbərlər

Xəbər xətti