"Kəpəz" yeni mövsümə Bakıda başlayacaq?

18:12 4 İyun 2017

Məlum olduğu kimi, Gəncə şəhər stadionunun qazonu dəyişdirilir.

 


Sportarena.az xəbər verir ki, iş icraçıları arenanın ot örtüyünün avqusta qədər hazır olacağını deyib. Lakin işin gedişatına uyğun olaraq “Kəpəz” yeni qazonda ilk oyununa avqustda yox, sentyabrda çıxa bilər.

 

İş ondadır ki, yeni qazonun cücərmə prosesinin gedişindən asılı olaraq icraçılar komandadan məşqləri avqutsdan yox, sentyabrından etibarən başlamağı xahiş edə bilər. Çünki bəzən qazon tam bərkiməyəndə onun özünü daha da yaxşı tutması üçün bir qədər də vaxta ehtiyac yaranır. Belə olan halda “Kəpəz” yeni mövsümə Bakıda başlaya, yalnız sentyabrda Gəncəyə dönə bilər. (Rekord.az)


Xəbər xətti