Qrizmann "Atletiko"dan ayrılır?

22:30 4 İyun 2017

“Atletiko”nun hücumçusu Antuan Qrizmann komandadakı gələcək taleyi barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, fransalı futbolçu İspaniya mətbuatına açıqlamasında Madrid təmsilçisində qalacağını deyib. 26 yaşlı forvard FİFA tərəfindən transfer qadağası alan “Atletiko”nu tərk etməyin etik cəhətdən düzgün olmadığını bildirib. 

 

Qeyd edək ki, Qrizmannın “Atletiko” ilə müqavilə müddəti 2021-ci ildə başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti