Superliqaya yüksələn sonuncu klubun adı bəlli oldu

10:44 5 İyun 2017

Türkiyə Super Liqasına vəsiqə qazanan son komanda bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Antalyada keçirilən pley-off oyununda “Göztəpə” və “Əskişəhərspor” üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Super Liqaya son vəsiqənin taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burda daha dəqiq oynayan (3:2) “Göztəpə” yüksək liqaya vəsiqə qazanıb. Bununla da, İzmiri təmsil edən komanda 14 illik fasilədən sonra Super Liqaya qayıdıb.

 

Qeyd edək ki, daha öncə “Sivasspor” və “Yeni Malatyaspor” Super Liqaya vəsiqə qazanmışdı.


Xəbər xətti