Ruslan Qurbanov Olimpiya çempionuna Kyellinin formasını hədiyyət etdi - FOTO

12:51 5 İyun 2017

“Qəbələ”nin və Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov taekvando yığmamızın üzvü, Olimpiya çempionumuz Radik İsayevlə görüşüb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov İtaliya millisinin 3 nömrəli futbolçusu Corco Kyellinin futbolkasını ona hədiyyə edib. Forvard Radiklə birlikdə şəklini paylaşaraq bu şəhri yazıb:

 

“Olimpiya, dünya və Avropa çempionu. İslam və Avropa Oyunlarının qalibi qardaşım. Ona İtaliya millisinin formasını hədiyyə etməyə bilməzdim”.

 


Xəbər xətti