"Qalatasaray" Ardaya görə "Barselona"ya rəsmi təklif göndərib? - AÇIQLAMA

17:51 5 İyun 2017

"Qalatasaray" Arda Turan üçün "Barselona"ya rəsmi təklif göndərib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "NTV Spor"un şərhçisi Güntekin Onay açıqlama verib. Aparıcının sözlərinə görə, "Qalatasaray" Arda Turanı icarəyə götürmək üçün qarşı tərəfə müraciət edib:

 

"Qalatasaray" Ardanı icarəyə götürmək istəyir. Problem futbolunun maaşıdı. Arda yüksək məbləğdə maaş alır. "Qalatasaray"ın bu məbləği ödəyib-ödəyə bilməyəcəyini bilmirəm".

 

Qeyd edək ki, İspaniya mətbuatında Ardanın "Barselona"nın yeni baş məşqçisi Ernesto Valverde tərəfindən istənmədiyi və "Arsenal"a keçəcəyi barədə xəbərlər də yayılıb.


Xəbər xətti