İngiltərə klubu rusiyalı məşqçiyə tapşırıldı

18:27 5 İyun 2017

Rusiya millisinin sabiq baş məşqçisi Leonid Slutski İngiltərənin "Hall Siti" klubunu çalışdıracaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Star" nəşri xəbər yayıb. Tərəflər arasında razılıq əldə olunduğu və yaxın günlərdə 2 illik müqavilə imzalanacağı bildirilib. Klubun bu barədə gələn həftə rəsmi açıqlama yayacağı gözlənilir.


Qeyd edək ki, bu mövsüm Premyer Liqanı tərk edən "Hall Siti" Çempionşipdə mübarizə aparacaq.


Xəbər xətti