"Qəbələ" daha iki futbolçu ilə yollarını ayırdı

00:10 6 İyun 2017

“Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçı David Pietrzkieviç və gənc müdafiəçi Murad Musayevdir.


2013-2014 və 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edən Pietrzkieviç “qırmızı-qaralar”ın heyətində 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, Premyer Liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.


2012/13 mövsümündən “Qəbələ”nin əsas komandasında çıxış edən Musayev 9 matç keçirib. Müdafiəçi Premyer Liqada 8, Azərbaycan kubokunda 1 görüşün iştirakçısı olub.


Qeyd edək ki, “Qəbələ” bunadək Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə də yollarını ayırmışdı.


Digər xəbərlər

Xəbər xətti