"Beşiktaş"ın stadionu BOS-a rəqib oldu

17:55 6 İyun 2017

Türkiyə Futbol Federasiyası (TFF) 2018/2019 mövsümündə UEFA superkubokunun və ya Avropa Liqasının finalının İstanbulda keçirilməsi üçün UEFA-ya rəsmi müraciət edib.

 

Sportarena.az xəbər verir ki, TFF final oyunlarının “Beşiktaş”a məxsus “Vodafon Arena”da təşkil edilməsini istəyir.


Avropa Liqasının və Çempionlar Liqasının finalına ev sahibliyinə namizədlər arasında Bakı Olimpiya Stadionu da var. Avroliqanın finalına digər namizədlər "Dinamo Arena" (Gürcüstan), "Frankfurt" stadionu, "Arena Ştutqart" (hər ikisi Almaniya), "Hampden Park" (Şotlandiya) , "Roman Sançes Pisxuan" (İspaniya) stadionlarıdı.

 

UEFA stadionlarla bağlı qərarını sentyabrda açıqlayacaq.


Digər xəbərlər

Xəbər xətti