Arda milli karyerasını bitirdi - AÇIQLAMA

10:25 7 İyun 2017

Türkiyə millisinin və “Barselona”nın futbolçusu Arda Turanın jurnalist Bilal Meşeye hücum çəkdiyini, bundan sonra yığmanın baş məşqçisi Fatih Terim tərəfindən düşərgədən qovulması barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Arda baş vermiş hadisəylə bağlı mətbuat konfransı keçirib. Millinin məskunlaşdığı Sloveniyanın Portoroz şəhərindəki oteldə jurnalistlərlə görüşən 30 yaşlı futbolçu, milli karyerasını bitirdiyini açıqlayıb:

 

“Mənə qarşı edilənləri yaddan çıxarmamışam. 2006-cı ildə fitə basıldığımı da xatırlayıram. Həyatda nə etsən, bunun cavabını verməlisən. Baş məşqçimiz və federasiya prezidentiylə danışdıq və Kosova ilə oyunda oynamamaq qərarı verdik. Həyatım boyu yaxşı futbolçu yox, yaxşı, vicdanlı adam olmağa çalışdım. Burda milliyə şərəflə xidmət etmiş, lazım gəldikdə dərmanla belə meydana çıxmış biri kimi danışıram. Ölkəmi, bayrağımı, ölkəmin insanlarını çox sevirəm. Bu cür problemlər hər dəfə baş verəndə, “istəyirsizsə, kənara çəkilim” dedim. Bu gün lazım olanı edirəm və milli karyeramı şərəfimlə sonlandırıram”.

 

Qeyd edək ki, 2006-cı ildən “ay-ulduzlular”ın şərəfini qoruyan Arda, millidə keçirdiyi 96 oyunda 17 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti