Almaniya millisinin Konfederasiyalar kuboku üçün heyəti açıqlandı

22:20 7 İyun 2017

Almaniya millisinin Rusiyada keçiriləcək Konfederasiyalar kuboku üçün yekun heyəti açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, baş məşqçi Yoahim Löv milliyə əsasən gənc futbolçuları dəvət edib. Əsas heyətin bir çoxu Rusiyaya aparılmayacaq.


Qapıçılar: Bernd Leno (“Bayer”), Mark-Andre ter Ştegen (“Barselona”), Kevin Trapp (PSJ)

Müdafiəçilər: Mattias Ginter (“Borussiya” Dortmund), Yonas Hektor (“Köln”), Benyamin Henriks (“Bayer”), Yoşua Kimmix (“Bavariya”), Şkodran Mustafi (“Arsenal”), Marvin Plattenhardt (“Herta”), Antonio Rüdiger (“Roma”), Niklas Züle (“Hoffenhaym”)
Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Əmrə Can (“Liverpul”), Kerem Demirbay, Sebastyan Rudi (hər ikisi “Hoffenhaym”), Dieqo Demme (“Leyptsiq”), Yulian Draksler (PSJ), Leon Qoretska (“Şalke”), Lars Ştindl (“Borussiya” Mönhenqladbax)
Hücumçular: Sandro Vaqner (“Hoffenhaym”), Timo Verner (“Leyptsiq”), Amin Yunes (“Ayaks”) 


Qeyd edək ki, Almaniya millisi Konfederasiyalar kubokunda Kamerun, Çili və Avstraliya yığmaları ilə bir qrupda mübarizə aparacaq.


Xəbər xətti