"Barselona"dan Qətərlə bağlı iddialara cavab

17:33 8 İyun 2017

"Barselona" 10 ölkənin diplomatik əlaqələrini kəsdiyi Qətərlə bağlı açıqlama yayıb.

 

Sportarena.az xəbər verir ki, İspaniya mətbuatı Qətərə tətbiq olunan sanksiyalarla səbəbindən "Barselona" ilə bağlı müəyyən iddialar yayımlamışdı.

 

Klub saytı vasitəsilə açıqlamada yaydığı açıqlamada 2010-2016-cı illər aralığında Qətər İdman Yatırımları ilə bağlanan müqavilə çərçivəsində "Barselona"ya 171 milyon dollar ödənildiyini bildirib. Klub mövsümlər üzrə ödəmələri də açıqlayıb:

 

2010/11 - 15 milyon avro

2011/12 - 26 milyon avro

2012/13 - 29 milyon avro

2013/14 - 30,5 milyon avro

2014/15 - 37 milyon avro (5 milyonu Çempionlar Liqasını qazanmağa görə mükafat)

2015/16 - 33,5 milyon avro 

 

Bu pulların çeklərinin olduğunu və anlaşmanın bir kopyasının Barselona Ədliyyə Polisinə təqdim edildiyi də qeyd edilib. 


Digər xəbərlər

Xəbər xətti