"Milan" yeni transferini açıqladı

10:14 9 İyun 2017

“Milan” “Volfsburq”un müdafiəçisi Rikardo Rodriqeslə 4 illik müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. “Rossonyerlər” isveçrəli futbolçu üçün “Volfsburq”a 18 milyon avro ödəyib. 

 

Qeyd edək ki, 2012-ci ildən “Volfsburq”un şərəfini qoruyan sol cinah müdafiəçisi bu müddətdə meydana çıxdığı 184 oyunda 22 qol vurub.


Digər xəbərlər

Xəbər xətti