"Zirə" Türkiyə toplanışına başladı

15:11 11 İyun 2017

Mayın 24-dən Bakıda təlim-məşq toplanışına start verən “Zirə” hazırlığın ilk mərhələsini iyunun 9-da başa vurub.

 

Sportarena.az xəbər verir ki, “qartallar" dünəndən etibarən hazırlığın ikinci mərhələsinə başlayıb. Komanda Türkiyənin Bolu şəhərinə yola düşüb və elə dünən də ilk məşqinə çıxıb.

 

Hazırlığın bu mərhələsində baş məşqçi Ayxan Abbasov 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. “Zirə” iyunun 13-də Kamerunun “Kolombe Sportive”, 20-də isə Rumıniyanın “Vitorul” klubu ilə üz-üzə gələcək. Daha bir yoxlama oyunu isə iyunun 17-də və ya 16-da keçirilməlidi.


Digər xəbərlər

Xəbər xətti