MY "Benfika"nın futbolçusunu transfer etdi

16:40 11 İyun 2017

“Mançester Yunayted” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, mankunianlar “Benfika”nın müdafiəçisi Viktor Lindelofu heyətinə cəlb edib. Klubdan edilən açıqlamada Lindelofun transfer edildiyi qeyd edilib. Müqavilənin detalları barədə məlumat verilməyib.

 

İngiltərə mətbuatında “qırmızı şeytanlar”ın isveçli müdafiəçi üçün 35 milyon avro ödəyəcəyi qeyd edilib.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu son mövsümdə şans qazandığı 47 oyunda 1 qol vurub.


Xəbər xətti