Güləşçilərimiz Gürcüstandan 4 medalla qayıdır

14:54 12 İyun 2017

Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri keçirilib.

 

Sportarena.az xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Qalib Əliyev (61kq) və Aleksandr Qostiyev (86 kq) bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. 57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə gümüş medalla kifayətlənib. 

 

Bürünc medalı isə yığmamıza 65 kq-da yarışan Coşqun Əzimov qazandırıb. Həlledici görüşdə o komanda yoldaşı Teymur Məmmədovdan üstün olub.

 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.


Digər xəbərlər

Xəbər xətti